Ərdoğan PKK ilə bağlı paylaşım edib

  • By Günel
  • 11 İyul 2025 19:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorçularının silahı yerə qoyması ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.

Gununsesi.info xəbər verir ki, Türkiyə lideri ilk dəfə bununla bağlı açıqlama yayıb.

“Terrorsuz Türkiyə hədəfimizə doğru gedən bu yolda bu gün atılan addımın xeyirə vəsilə olmasını arzu edirəm. Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və regionumuzda daimi sülhün təsisi üçün getdiyimiz bu yolda Allah məqsədlərimizə çatmağı bizlərə nəsib etsin”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin 41 ildir mübarizə apardığı PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayacaq.

Gununsesi.info