Prorektor işdən çıxarıldı

  • By Günel
  • 11 İyul 2025 20:08

Mingəçevir Dövlət Universitetinin (MDU) elmi işlər üzrə prorektoru Veysəl Əyyubov vəzifəsindən azad olunub.

Gununsesi.info xəbər verir ki, o, işdən çıxmaqla bağlı ərizə yazıb.

Prorektorun ərizəsi qəbul edilib. Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Veysəl Əyyubov 2015-ci il sentyabr ayından MDU-nun elmi işlər üzrə prorektoru işləyirdi.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin edilib.

Gununsesi.info