Mişustin Pakistana nümayəndə təyin etdi - FOTO

  • By Günel
  • 11 İyul 2025 23:36

Rusiyanın baş naziri Mixail Mişustin Denis Nevzorovu Rusiya Federasiyasının Pakistan İslam Respublikasındakı ticarət nümayəndəsi təyin edib.

Gununsesi.info xəbər verir ki, müvafiq sərəncam rəsmi hüquqi informasiya portalında dərc olunub.

“Denis Alekseyeviç Nevzorov Rusiya Federasiyasının Pakistan İslam Respublikasındakı ticarət nümayəndəsi təyin edilsin”, – sənəddə deyilir.

Mişustin Pakistana nümayəndə təyin etdi