Komediya aktyoru Trampa görə məhkəməyə çağırıldı

  • By Günel
  • 12 İyul 2025 08:15

Almaniyalı komediya aktyoru Sebastian Hotz 2024-ci ildə Donald Trampa qarşı baş tutan sui-qəsd cəhdini təqdir edən paylaşımına görə Almaniyada məhkəməyə çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli “Süddeutsche Zeitung” qəzeti yazır.

Nəşrin məlumatına görə, Hotza qarşı məhkəmə prosesi iyulun 23-də Tirqarten rayon məhkəməsində başlamalıdır. Yalnız bir məhkəmə iclasının keçiriləcəyi gözlənilir. Berlin prokurorluğu komediya aktyorunu cinayəti təşviq və təqdir etməkdə güahandırır. Hotz yekun qərar qəbul edilənədək məsələni şərhdən imtina edib.

Gununsesi.info