İsraillilərin 74 faizi müharibənin bitməsini istəyir

  • By Günel
  • 11 İyul 2025 23:09

İsraillilərin 74 faizi girovların azad edilməsi müqabilində Qəzzada müharibənin bitməsinin tərəfdarıdır.

Gununsesi.info xəbər verir ki, “Channel 12”də yayımlanan yeni sorğunun nəticələri bundan xəbər verir.

Baş nazir Binyamin Netanyahu və onun koalisiya hökumətinin böyük hissəsi buna qarşı çıxır və bu halda, HƏMAS-ın hakimiyyətdə qalacağını iddia edir.

Sorğuya görə, müharibənin uzanması İsrail vətəndaşlarının hökumətin bu müharibədən qalib çıxacağı ilə bağlı şübhələrini artırır. Bundan əlavə, hökumətin tənqidçiləri iddia edirlər ki, HƏMAS-ın hərbi imkanları onsuz da kifayət qədər zəiflədilib və son silahlı şəxsi məhv edənədək döyüşmək İsrail Müdafiə Qüvvələrinin (SAXAL) qeyri-müəyyən müddətə Qəzzada ilişib qalmasına səbəb ola bilər.

Sorğuya əsasən, respondentlərin cəmi 8 faizi hökumət tərəfindən irəli sürülən girovların mərhələli azad edilməsi variantını dəstəkləyir.

Sorğunun nəticələrinə görə, koalisiya seçicilərinin 60 faizi HƏMAS-la sazişin imzalanmasını və girovların bir dəfəyə azad edilməsini dəstəkləyir.

Gununsesi.info