Gürcüstan parlamenti indi də LGBT hüquqlarını məhdudlaşdırır

  • By admin
  • 28 İyun 2024 10:51

Gürcüstan parlamenti iyunun 27-də ölkədə LGBT+ icmasının hüquqlarını məhdudlaşdırmağa yönəlmiş 19 qanun layihəsi paketini birinci oxunuşda qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu qanun layihələrində “ailə dəyərlərinin” müdafiəsi elan edilir.

 

Qanun layihələrinin leyhinə böyük əksəriyyətlə hakim “Gürcü arzusu” partiyasının deputatları səs veriblər.

 

Müxalifət nümayəndələrinin çoxu iclas zalını tərk edərək layihələrin qəbulunu boykot etdiklərini bildirib.

 

Qanun layihələrində eyni cinsdən olan cütlüklərin uşaq övladlığa götürməsinin və ya azyaşlıların belə cütlüklərin himayəsinə verilməsinin qadağanı təklif edilir.

Gununsesi.info