
İsrailə zərbə endirərkən, İran küncə sıxışdırıldığı üçün çarəsizlikdən sürükləndi.
Gununsesi.info xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri, istefada olan general Kennet Makkenzi deyib.
“İran özünü küncdə tapmış bir ölkədir. İsrailə qarşı zərbə o qədər də uğurlu alınmadı və onun Yaxın Şərqdəki əsas müttəfiqi Hizbullah faktiki olaraq məhv edildi. Tehranın özünün hücum imkanları ciddi şəkildə məhdudlaşdırılıb”, – deyə Makkenzi qeyd edib.
Makkenzinin sözlərinə görə, İsrailin əksinə, İrana cavab vermək üçün çoxlu variantları var. O, Tel-Əvivin “nüvə obyektlərinə və ya neft infrastrukturuna” zərbə endirə biləcəyini etiraf edib.
Bundan əvvəl MKİ-nin keçmiş yüksək vəzifəli məmuru Qolf Qof İsrailin İranın ən azı bir nüvə obyektinə zərbə endirəcəyini bildirmişdi.