Böyük Britaniya da Moskva Birjasını sanksiya siyahısına saldı

ABŞ-dan sonra Böyük Britaniya Moskva Birjasını, Milli Klirinq Mərkəzini (NCC) və Milli Hesablaşma Depozitarını (NSD) sanksiyalar siyahısına daxil edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə hökumətinin saytında qeyd edilib.

Britaniya Nazirlər Kabinetinin bəyanatında deyilir: “Rusiyaya qarşı sanksiyalar rejiminə uyğun olaraq 42 yeni təyinat və altı yeni gəmi spesifikasiyası əlavə edilib. Yenilənmiş siyahıda hüquqi şəxslər arasında Çin, Qırğızıstan, Türkiyə, İsrail, Mərkəzi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri də var.

Sanksiyalara Sankt-Peterburq Birjası, Murmansk LNG, Novatek Murmansk, Rusximalyans, İnqosstrax daxildir. Bundan başqa, Britaniyanın sanksiyalar siyahısına “Astra” qrupunun həmsahibi Denis Frolov, “Insight” investisiya qrupunun benefisiarı Avet Mirakyan, “Kismet Capital Group”un təsisçisi İvan Tavrin və “S8 Capital” qrupunun həmtəsisçisi Armen Sarkisyan da daxildir.

Bildirilir ki, iyunun 12-də ABŞ Maliyyə Nazirliyi Moskva birjasına qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, Rusiya, Çin və Moldovadan 33 fiziki şəxs və 200-dən çox struktur sanksiya siyahısına daxil edilib.

İyunun 13-də Rusiya Bankı elan etdi ki, rublun rəsmi məzənnəsi birjadankənar bazardan istifadə edilməklə hesablanacaq.

Eyni zamanda iyunun 13-də keçirilən ticarətin açılışında Moskva birjasının səhmləri 15,8% ucuzlaşıb.

Qeyd edək ki, iyunun 13-də Rusiya Bankı Avropa İttifaqının (Aİ) müşahidə etdiyi ABŞ sanksiyaları səbəbindən Moskva birjasında avro ticarətini dayandırdığını elan edib.

 

 

Günay

Gununsesi.info