Bayden Trampın işi üzrə hökmü şərh edib

ABŞ prezidenti Co Bayden Donald Trampın məhkəməsində verilən qərarı ABŞ-da heç kimin qanundan üstün olmadığı prinsipinin təsdiqi adlandırıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə Ağ Evdə Yaxın Şərqdəki vəziyyətlə bağlı çıxışı zamanı bildirib: “Amerikanın heç kimin qanundan üstün olmadığı prinsipi bir daha təsdiqləndi”.

O, bildirib ki, Donald Trump-a özünü müdafiə etmək üçün hər cür imkan verildi.

Eyni zamanda Bayden Trampın işini uydurma adlandıranların açıqlamalarını ehtiyatsız, təhlükəli və məsuliyyətsiz hesab edir.

 

 

 

Gununsesi.info