Türkiyə Böyük Millət Məclisinin sədri Bakıya gəlib

  • By ilhame
  • 05 İyun 2024 20:58

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş onu müşayiət edən parlament nümayəndə heyəti ilə Bakıya gəlib.

 

Gununsesi.info xəbər verir ki, Numan Kurtulmuş sabah Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Baş Assambleyası və Assambleya Şurasının 13-cü iclasında iştirak edəcək.

 

TBMM sədri və nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə səfiri Cahit Bağcı və digər rəsmi şəxslər qarşılayıblar.

Gununsesi.info