
Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi ilk xarici səfərini Almaniyaya edib.
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, yeni nazir Berlində Ukraynaya dəstək bəyanatı verib.
“Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam”.
O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.
Afət
Gununsesi.info