
İsrail döyüş təyyarələri gecə saatlarında Qəzza şəhərinin şərqindəki bölgələrə intensiv hücumlar həyata keçirib.
Gununsesi.info xəbər verir mi, bu barədə Anadolu agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin şərqində Dərac, Tuffah və İçərişəhər kimi bir çox ərazini intensiv şəkildə bombalayıb.
Şahidlərin bildirdiyinə görə, Qəzza şəhərini silkələyən güclü partlayış səsləri eşidilib və partlayışın təsirləri Qəzza zolağının şimal və mərkəzi hissələrində də hiss olunub.
Qəzza Mülki Müdafiə İdarəsi dünən İsrailin Qəzza şəhərinin şərq bölgələrinə təşkil etdiyi hücumlarda onlarla fələstinlinin həyatını itirdiyini açıqlayıb.
Ceyhun
Gununsesi.info