Biləsuvar sakini ov silahı ilə vurulub

  • By ilhame
  • 07 İyul 2024 12:54

İyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi “Mercedes” markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alıb.

 

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

 

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Gununsesi.info