İngiltərə millisi 28 ildən sonra penaltilər seriyasında qalib gəlib

  • By ilhame
  • 07 İyul 2024 12:16

Futbol üzrə İngiltərə millisi 1996-cı ildən sonra ilk dəfə Avropa çempionatlarının final mərhələsində penaltilər seriyasında qalib gəlib.

 

Gununsesi.info-nun məlumatına görə, yığma son olaraq Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında ötən gün İsveçrəni məğlub edib.

 

Britaniyalılar əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə rəqibini üstələyib – 5:3.

 

Bu, komandanın 28 ildən sonra qitə çempionatında penaltilər seriyasında ilk qalibiyyətidir. Yığma o vaxtdan AVRO-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzub.

 

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. İngiltərə millisi yarımfinalda Niderland seçməsi ilə üz-üzə gələcək.

Gununsesi.info