Şirvan-Salyan Təhsil İdarəsi müəllimlər üçün təlimlər keçirir -Foto

  • By ilhame
  • 07 İyul 2024 11:59

Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə diaqnostik qiymətləndirməyə cəlb olunacaq məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin İKT savadlılığının artırılması məqsədilə təlimlər başlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, təlimlərə bütün məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri cəlb edilib.

 

Təlim zamanı müdavimlərə ilkin İKT bilikləri və onlardan gündəlik həyatda effektiv istifadə bacarıqları öyrədilir.

 

Ümumilikdə, təlimlər Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi bütün rayonlarda təşkil olunub.

Gununsesi.info