Britaniyanın yeni xarici işlər naziri ilk səfərini Almaniyaya edib

  • By ilhame
  • 07 İyul 2024 09:08

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk dəfə olaraq Almaniyada xarici səfərdədir.

 

Gununsesi.info bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

 

“Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam”, – Lemmi deyib.

 

O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.

Gununsesi.info