Rusiyanın Ryazan vilayətində yol qəzasında 5 nəfər ölüb

  • By ilhame
  • 07 İyul 2024 10:58

Rusiyanın Ryazan vilayətində baş verən yol qəzasında 5 nəfər ölüb.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

 

“İyulun 6-da saat 22:30-da Ryazan vilayətinin Ryajski rayonu ərazisində R-22 Xəzər magistralının 331-ci kilometrliyində “Chevrolet Niva” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər həlak olub. Onlardan biri azyaşlıdır”, – məlumatda deyilir.

 

Qeyd olunur ki, daha bir azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.

 

Hazırda polis əməkdaşları hadisənin bütün səbəblərini və şəraitini müəyyən etmək üçün araşdırma aparır.

Gununsesi.info