
Nepalda ölkə daxilində təsirli musson yağışlarının səbəb olduğu fəlakətlər və qəzalarda 62 nəfər həyatını itirib, 90 nəfər isə yaralanıb.
Gununsesi.info xəbər verir ki, b barədə “Asian News International” (ANI) xəbər yayıb.
Güclü musson yağışlarının ölkə daxilində həyata mənfi təsir etdiyi açıqlanıb.
Yağışların törətdiyi fəlakət və qəzalarda Gandaki vilayətində 62 nəfər həyatını itirib, 90 nəfər yaralanıb. Məlumata görə, Parbatın Thadapaxa rayonunda torpaq sürüşməsi nəticəsində iki ev dağılıb, heyvanlar tələf olub.
Dolaxa və Qorxada isə sel nəticəsində 9 ev, 8 mehmanxana və 2 körpü dağılıb. Həmçinin yaranan daşqın və sürüşmə nəticəsində müxtəlif rayonlarda avtomobillərin hərəkəti dayanıb.
Daşqınlar Madheş əyalətinin müxtəlif yerlərindəki şəhər mərkəzlərində də baş verib.
Xatırladaq ki, ölkədə hər il iyun və sentyabr ayları arasında şiddətli olan musson yağışları böyük fəsadlara səbəb olur.
Ceyhun
Gununsesi.info