
Bədii gimnastika üzrə böyüklərdən ibarət Azərbaycan millisi İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti medalları qazanıblar.
Gununsesi.info-nun məlumatına görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 5 halqa və 3 lent, 2 top proqramlarında yüksək nəticəyə nail olaraq iki gümüş mükafata sahib olublar.
Yığma ötən gün çoxnövçülükdə qızıl medal əldə etmişdi.
Gununsesi.info