TDT-nin dövlət başçıları Azərbaycan Prezidentinə qeyri-rəsmi Zirvə görüşünə görə təşəkkür ediblər

  • By ilhame
  • 06 İyul 2024 22:08

TDT-nin dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər.

 

Gununsesi.info xəbər verir ki, bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.

 

Qeyd edək ki, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Gununsesi.info