Azərbaycan güləşçiləri Avropa çempionatında 1 qızıl və gümüş medal qazanıb

  • By ilhame
  • 06 İyul 2024 22:34

Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında bir qızıl və gümüş medal qazanıb.

 

Gununsesi.info Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb.

 

Həlledici görüş xala-xal prinsipiylə keçib. Güləşçi uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabıyla məğlub olan V.Bağırov gümüş medalla kifayətlənib.

 

Nurudin Maqomedqadjiyev (79 kq) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabıyla məğlub olub.

 

Xetaq Karsanov (97 kq) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar (5:4) qələbə qazanan X.Karsanov Avropa çempionu olub.

Gununsesi.info