Bakıda parkdan körpə dölü tapıldı

  • By Günel
  • 04 Sentyabr 2024 09:47

Bakı şəhər Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki parkdan yeni doğulmuş körpə dölü tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Bildirilib ki, dölün kim tərəfindən əraziyə atılması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info