Xırdalanda mənzildə meyit tapılıb

  • By ilhame
  • 27 İyun 2024 20:19

Xırdalanda mənzildə meyit tapılıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu Xırdalan şəhərində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info