Türkiyədə LGBT paradında azı 15 etirazçı saxlanıb

  • By admin
  • 01 İyul 2024 11:00

İyunun 30-da Türkiyə polisi İstanbulda qadağan olunmuş LGBT paradında iştiraka görə azı 15 etirazçını saxlayıb.

 

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, aksiyadan sonra  polis küçələri axtarıb, bəzi şəxsləri saxlayıb.

Polis məsələni şərh etməyib.

İstanbul merinin ofisi isə iyunun 30-da bildirmişdi ki, LGBT haqlarına dəstək məqsədilə keçirilən “Qürur yürüşü”nə icazə verilməyəcək. Polis yürüşün qarşısını almaq üçün İstanbulun mərkəzinə giriş-çıxışı əngəlləyib, metro stansiyalarını, əsas küçələrdə nəqliyyatı bloklayıb.

“Reuters” qeyd edir ki, prezident Rəcəb Tayyip Ərdoğanın islamçı AK Partiyası son 10 ildə LGBT icmasına qarşı ritorikanı sərtləşdirib, 2015-ci ildən “qürur yürüşləri”ni təhlükəsizlik səbəblərini əsas gətirərək qadağan edib.

İstanbul meriyası “Qürur yürüşü” tələb edən qurumları qanunsuz sayır.

LGBT qrupları isə İstanbulun Asiya hissəsinə yığışıb, bir təmsilçi bəyanatı səsləndirib: “Biz polisi aldatmaqdan və onları bizimlə məşğul olmağa vadar etməkdən yorulmuruq”.

 

Afət

Gununsesi.info