Astarada çay daşdı, evlər su altında qaldı

  • By ilhame
  • 28 İyun 2024 22:47

Astaranın Siyəkü kəndində daşqın təhlükə yaradıb.

 

Gununsesi.info xəbər verir ki, kənddən keçən Pensər çayının bir qolu selin təsiri ilə 40 metr məsafədə məcrasını dəyişib.

 

Çayda suyun səviyyəsinin 5 metrədək qalxdığı bildirilir.

 

Yerli sakinlərin sözlərinə görə, sahilboyu ərazilərdəki torpaq qatının yuyulması riski hər gün daha da artırır.

Evlərin su altında qalması ehtimalı hər an arta bilər.

Gununsesi.info