Baydenin oğlu atasını dəstəkləyir

ABŞ prezidenti Co Baydenin oğlu Hunter atasının seçki kampaniyasını davam etdirməsini və seçkilərdə iştirakını istəyir.

Gununsesi.info bu barədə NYT  məlumat yayıb.

Bildirilir ki, Baydendən geri çəkilmək üçün təzyiqlərə müqavimət göstərməyi xahiş edən ən güclü səslərdən biri prezidentin məsləhət üçün müraciət etdiyi oğlu Hunterdir.

Məlumata görə, Hunter Baydenin amerikalıların “büdrəmiş, qocalmış prezident” deyil, “bacarıqlı, faktlara əsaslanan siyasətçi” olduğunu deyib.

Qeyd edək ki, daha əvvəl NYT xəbər vermişdi ki, Amerika liderinin ailəsi siyasətçinin prezident seçkilərində iştirakını davam etdirmək qərarına reaksiya verib.

Amerika liderinin ən yaxın qohumları onu dəstəkləyib və ondan seçki kampaniyasını davam etdirməyi xahiş ediblər.

 

 

Şəbnəm

Gununsesi.info