Türkiyədə silahlı hücuma məruz qalan deputat öldü

  • By Günel
  • 24 Avqust 2024 16:56

Türkiyədə silahlı hücuma məruz qalan Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Can Ekiciler ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Məlumata görə, M.C.Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü idi.

Qeyd edək ki, sabiq deputat avqustun 18-də silahlı hücuma məruz qalıb.

Xatırladaq ki, 1993-cü il təvəllüdlü M.C.Ekiciler Türkiyə siyasətində kifayət qədər tanınan sima idi.

 

Gununsesi.info