Paşinyanın başına alma atan şəxs saxlanıldı

  • By Günel
  • 24 Avqust 2024 16:48

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyana Rubinyants 2 ünvanındakı binalardan birinin 9-cu mərtəbəsindən alma atan 71 yaşlı Albert Arstamyan həbs edilib.

Gününsesi.info xəbər verir ki, məlumatı erməni mediası yayıb.

Bildirilib ki, o, hüquq-mühafizə orqanları tərəfindən yaşadığı mənzildə saxlanılıb.

Faktla bağlı İstintaq Komitəsi tərəfindən xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

 

Gununsesi.info