
İmişli rayonunda bir neçə şəxsin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Qulubəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mitsubishi” markalı minik avtomobili və “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Xəsarət alanlar – İbrahim Nizami, Atamoğlan Məmmədov və Nofəl Eyvazov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info