Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

  • By ilhame
  • 26 İyul 2024 22:46

Ağstafa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

 

Gununsesi.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

 

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info