
Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Gununsesi.info-nun məlumatına görə, 1979-cu il təvəllüdlü Abdulov Nahid Qurban oğlu hündürlükdən yıxılıb.
Bakıdakı xəstəxanaların birinə yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, N.Abdulov tarladan mal-qara üçün topladığı yonca bağlamasını qoşquya yükləyərkən hündürlükdən yıxılıb.
Gununsesi.info