49 yaşlı qadını çimərlik yolunda döydülər

Mingəçevirdə 49 yaşlı qadın küçədə döyülərək köməksiz buraxılıb.

Gununsesi.info xəbər verir ki, hadisə çimərlik yolu ərazisində baş verib.

1976-cı il təvəllüdlü Yefsfanfova Marina Anatolyevna hələlik məlum olmayan səbəbdən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya çatdırılan qadın: “Məni Nataşa ilə yanındakı oğlan döydü”, – söyləyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info