
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın üç günlük atəşkəs bəyannaməsi ilə bağlı “Hücum olmayacaq, lakin Kiyev rejimi hücuma davam edərsə, lazımi cavab veriləcək” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin aprelin 28-də Qələbə Günü münasibətilə mayın 8-10-da birtərəfli qaydada üç günlük atəşkəs elan etmək qərarına gəldiyini açıqlayıb. Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs 30 gün davam edərsə, onu qəbul edəcəyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynada mayın 8-dən 10-dək atəşkəs elan etməsi ilə bağlı deyib: “Hücum olmayacaq, lakin Kiyev rejimi mövqelərimizə və ya obyektlərimizə hücum etməyə davam edərsə, lazımi cavab veriləcək”.
Orxan