Ukrayna: - Rusiya atəşkəs başlayandan sonra hücumlarını davam etdirir

Ukraynanın şərq cəbhəsi ordusunun sözçüsü Trhubov bildirib ki, Rusiya elan etdiyi atəşkəsə baxmayaraq, ölkənin şərqindəki hücumlarını davam etdirir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin qərarı ilə mayın 7-də gecə yarısından mayın 8-nə keçən gecə elan edilən atəşkəs qüvvəyə minib.

Ukrayna bildirir ki, Rusiya atəşkəsə baxmayaraq hücumlarını davam etdirir.

Ukraynanın şərq cəbhəsi ordusunun sözçüsü Viktor Trexubov atəşkəsin qüvvəyə mindiyi gecə yarısından sonra Rusiyanın bir çox bölgəyə hücumlarını davam etdirdiyini bildirib.

Ukraynanın bəyanatında deyilir ki, hücumlar şərqi Sumi bölgəsini hədəf alıb.

Digər tərəfdən, Ukrayna Hərbi Hava Qüvvələri yerli vaxtla saat 08:00-a olan məlumata görə, Ukrayna hava məkanında Rusiyaya məxsus raket və ya pilotsuz uçan aparat aşkarlanmayıb.

Orxan

Gununsesi.info