
Hindistanın Pakistana endirdiyi hava hücumlarından sonra Kəraçi, Lahor və Sialkot hava limanlarında uçuşların dayandırıldığı bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Mülki Aviasiya İdarəsi uçuş əməliyyatlarının günorta saatlarına qədər dayandırıldığını açıqlayıb.
Uçuşların dayandırılması ilə əlaqədar bir çox aviaşirkət Pakistana səfərlərini təxirə salıb.
Pakistan hücumlardan sonra hava məkanını 48 saat müddətinə bağladığını elan etmiş və bir müddət sonra uçuşların istiqamətinin dəyişdirilməsinin bərpa olunduğunu açıqlayıb. Paytaxt İslamabaddan Lahora uçuşlar Kəraçi və digər şəhərlərə köçürülüb.
Günel Həsənova