Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi təyin olunub

  • By ilhame
  • 02 İyul 2024 18:27

Xorvatiya millisinin sabiq futbolçusu İvitsa Oliç ölkəsinin U-21 yığmasına baş məşqçi təyin olunub.

 

Gununsesi.info xəbər verir ki, 44 yaşlı mütəxəssis son olaraq Rusiyanın ÇSKA (Moskva) klubunu çalışdırıb.

 

Qeyd edək ki, İ.Oliç futbolçu karyerası ərzində Zaqreb “Dinamo”su, ÇSKA, həmçinin Almaniyada “Herta”, “Bavariya”, “Hamburq” və “Volfsburq” klublarında çıxış edib.

Gununsesi.info