Almaniyanın gələcək kansleri: - Avropanın gələcəyi Trampın vecinə deyil!

Almaniyanın yeni kansleri olacaq Friedrich Merz Avropanın təhlükəsizlik siyasətində dəyişikliyin mesajını verib.

Gununsesi.info xəbər verir ki, o, Amerika Birləşmiş Ştatlarını Avropanın gələcəyinə biganəliyinə görə tənqid edib.

O, həmçinin NATO-nun gələcəyi ilə bağlı şübhələrini ifadə edib və Avropanın müdafiə qabiliyyətini dərhal artırmağa çağırıb.

Bu, Merzdən gözlənilməyən çıxışdır, çünki Merz Amerikaçı biri kimi tanınırdı.

Üstəlik, ölkəsi Almaniya da ABŞ-e müttəfiqidir.

Merz çıxışında bildirib:

“Ağlıma gəlməzdi ki, bir teleproqramda bu sözləri deyəcəm. Amma Trampın keçən həftəki çıxışından sonra aydın məsələdir ki, Avropanın gələcəyi onun vecinə deyil. Mənim priolitetim Avropanı gücləndirmək olacaq. Ən tez vaxta  biz Amerikadan müstəqilliyimizi həqiqətən əldə etməliyik.”

Tramp adminstrasiyası isə həmkarlarını şoka salıb.

Adminstrasiyadan deyilib:

“Öz təhlükəsizliklərinin qayğısına özləri qalsınlar, ABŞ-yə ümid bəsləməsinlər”.

Gununsesi.info