
İspaniyadan atla Həcc ziyarətinə yola düşən zəvvarlar İstanbula gəliblər. 3,5 aydır at belində səyahət edən zəvvarlar 8 min kilometrlik marşrutla Məkkəyə çatmağı hədəfləyirlər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Əndəlüs müsəlmanlarının 500 illik at belində həcc ənənəsini canlandırmağı və təxminən 3,5 ay əvvəl İspaniyanın cənubunda başlayan həcc mərasimlərini yerinə yetirməyi hədəfləyən üç dostun səyahəti davam edir.
Zəvvarlar 8000 kilometrlik səfərdə İtaliya, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya, Bolqarıstan, Yunanıstan və Türkiyədən keçərək Suriya vasitəsilə Səudiyyə Ərəbistanına çatmağı hədəfləyirlər.
Orxan