
Texasda 21 yaşlı Benjamin Elliot əkiz bacısı Meqanın qətlinə görə 15 il həbs cəzasına məhkum edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Benjamin, 29 sentyabr 2021-ci ildə əkiz bacısı, o zaman 17 yaşlı Meghan’ı ailəsinin evində bıçaqladıqdan sonra təcili xidmətə zəng edib.
Məhkəmənin sonunda münsiflər heyəti Elliotu təqsirli bilib.
Hakim Danilo Lacayo dövlətin 40 il tələbinə baxmayaraq, Elliotu 15 il həbs cəzasına məhkum edib. Elliot bu müddət ərzində yeddi il yarım həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılacaq.
Elliotun vəkili, müvəkkilinin həmin vaxt yuxuda gəzdiyini iddia etdi, lakin prokuror Maroun Koutani, Elliotun telefon məlumatlarının Meghan’ı bıçaqlamadan əvvəl oyandığını göstərdiyini söylədi. Elliotun ifadəsində hadisə zamanı nəzarəti itirdiyi və bacısına ürək masajı aparması diqqət çəkib.
Elliotun valideynləri bütün məhkəmə prosesində onu dəstəklədilər, prokurorlar isə Elliotun bıçağı qəsdən istifadə etdiyini iddia etdilər.
Elliot sonda günahkar bilinərək 15 il həbs cəzasına məhkum edildi. Hakim qərarında gəncin cinayət tarixçəsinin olmaması və zamində qaldığı müddətdə heç bir problem yaşamaması kimi amilləri nəzərə alıb.
Qeyd edək ki, Texasda adam öldürməyə görə cəza 5 ildən 99 ilə qədərdir.
Orxan