Sumqayıtdakı parkda ağaclar kəsilir? - Açıqlama - Video

Sumqayıtda yerləşən Nəsimi parkında ağacların kəsildiyi bildirilir.

Bununla bağlı görüntüləri Gununsesi.info-ya göndərən vətəndaş iddia edib ki, bu məqsədlə parkın ətrafı hasarlanıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq məlumatın əsassız olduğu bildirildi:

“Orada ağac kəsilmir. Hasar əvvəldən olub. Ərazidə abadlıq işləri aparılır. Hasar da təhlükəsizlik məqsədilə çəkilib”.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info