Suriyada rejim devrildi, kitablara azadlıq verildi

Suriyada Əsəd rejiminin devrilməsindən sonra dinc sakinlərlə yanaşı kitablar da azad edilib. Rejim dövründə kitab qadağasına qarşı mübarizə aparan kitab ev sahibləri yaşadıqlarından danışıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyada Əsəd rejiminin uzun illər tətbiq etdiyi senzura səbəbiylə nəşr oluna bilməyən islami əsərlər, fəlsəfə və müxtəlif sahələrə aid kitablar artıq yenidən çap oluna bilir.

Fikir azadlığını məhdudlaşdıran əsərlərin nəşrinə qadağa qoyaraq rejimin ideologiyasına zidd fikirlərin yayılmasının qarşısını almağı hədəfləyən Əsəd rejiminin devrilməsi ilə ictimaiyyət yenidən istədikləri kitablara çata bilir.

İHA-nın xüsusi hesabatında rejim dövründə kitab qadağası ilə mübarizə aparan kitab mağazası sahibləri yaşadıqlarından danışıblar.

“Bu rejim insanlara çox işgəncə verdi. Biz Baas Partiyasının hakimiyyəti dövründə çox əziyyət çəkdik. Təhlükəsizlikdən kitab mağazalarına çoxlu təzyiqlər oldu, bizi daim izlədilər. Nəşr etdiyimiz kitablara görə bizi daim polis idarəsinə aparırdılar. İbn Qeyyim əl-Cövziyyə və İbn Teymiyyə kimi alimlərə bu iş qadağan edildi, dəyərsiz kitabları təbliğ edirdilər, bütün qadağan olunmuş kitablar əxlaq, din və fəlsəfə ilə bağlı idi, onlar elmə və alimlərə düşmən idilər” ,– deyə, bir mağaza sahibi bildirib.

Orxan

Gununsesi.info