
“Dostlar, səhərin gözəl xəbərini bizdən eşidin: Xocalıda ilk körpə dünyaya gəldi”.
Gununsesi.info xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı sosial şəbəkə hesabında yazıb.
“İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.
Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir. Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA- da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballca kəndinə köçüblər”.
Günay Mahirqızı
Gununsesi.info