Lerikdə silah-sursat saxlayan şəxs saxlanıldı - FOTO

  • By Günel
  • 03 Fevral 2025 09:09

Lerik rayon sakini əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Onun kənd ərazisindəki iri beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silahı, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info