Sərxoş kişi su kanalına düşdü: boğulub öldü

  • By Günel
  • 03 Fevral 2025 09:15

Sabirabad sakini su kanalında boğularaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Elçin Fərzalı oğlu Fərzəliyev su kanalına düşərək boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, o, sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info