
ABŞ-də milçək növünün ət yeyən sürfələri ilə mübarizə aparmaq üçün eyni milçəyin erkəkləri böyük miqdarda istehsal edilərək təbiətə buraxılacaq. Plan bu yolla parazit populyasiyasına nəzarət etməkdir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ hökumətinin ət yeyən qurdlarla mübarizə aparmaq üçün Meksika və Texasın cənubunda havadan vəhşi təbiətə buraxılacaq milyardlarla milçək yetişdirməyə hazırlaşdığı açıqlanıb.
CBS xəbər saytının məlumatına görə, qorxu filmindən kənar bir şey kimi səslənən bu plan, hökumətin ABŞ-nin mal əti sənayesinə və vəhşi təbiətinə zərər verə biləcək, hətta ev heyvanlarının ölümünə səbəb ola biləcək qurdlarla mübarizə planlarının bir hissəsidir. Bu “qəribə” elmi metodun əvvəllər də işlədiyi deyilir.
“Bu, çox yaxşı texnologiyadır” deyən Florida Universitetinin parazitlər üzrə mütəxəssisi Dosent Edwin Burgess, bunun “böyük bir problemi həll etmək üçün elmdən istifadə etməkdə bütün zamanların ən yaxşısı” olduğunu söylədi.
ABŞ hökumətinin sözügedən planı vida qurd milçəyinin ət yeyən sürfələrini hədəf alacaq. Bu milçəyin sürfələrini hədəf almaq üçün ABŞ Kənd Təsərrüfatı Departamenti yetkin erkək milçəklərin istehsalını və yayılmasını artırmağı və bu milçəkləri təbiətə buraxmazdan əvvəl radiasiyadan istifadə edərək sterilizasiya etməyi planlaşdırır.
Bu erkək milçəklər dişilərlə cütləşir. Lakin dişilərin qoyduğu yumurtalar mayalanmamış olduğundan, onlardan sürfə çıxmaz. Zamanla daha az sürfə mənasını verən bu hərəkətdən sonra milçək populyasiyası azalmağa başlayır. Bunun pestisidlərdən istifadə etməkdən daha təsirli bir üsul olduğu və Panamada on illər əvvəl ət yeyən qurdları bu yolla yox etdiyi bildirilir.
Panamadakı fabrikdən gələn steril milçəklər oradakı milçək populyasiyasını illər boyu nəzarətdə saxlasalar da, keçən il Meksikanın cənubunda yenidən peyda oldular. Bu kontekstdə ABŞ Kənd Təsərrüfatı Departamentinin 2026-cı ilin iyul ayına qədər Meksikanın cənubunda yeni bir vida qurd milçəyi fabriki quracağı gözlənilir.
Nazirliyin ilin sonuna qədər Texasın cənubunda milçək paylama mərkəzi açacağı gözlənilir. Ehtimal olunur ki, bu, lazım gələrsə, Panamaya gələn milçəklərin də idxalına və paylanmasına imkan verəcək.
Orxan