
Azərbaycanda bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb.
Gununsesi.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin bəzi bölgələrində, eyni zamanda Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb.
Rayonlarda – Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada isə qar yağmağa davam edir.
Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 4, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb.
Yaranan fasilədən sonra 22-si axşamdan yenidən qarın yağması gözlənilir.