Nazirlik Rusiyaya qarşı kiber əməliyyatları dayandırmağı əmr edib

  • By Admin2
  • 03 Mart 2025 10:35

“Washington Post” (WP) qəzetinin yazdığına görə, ABŞ-ın müdafiə naziri Pit Heqset Rusiyaya qarşı kiber əməliyyatların dayandırılması barədə göstəriş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, WP-nin məsələdən xəbəri olan rəsmiyə istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi kiber əməliyyatlarda dəyişiklik edib.

Hegseth Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqların davam etdiyi müddətdə Rusiyaya qarşı kiber əməliyyatların dayandırılmasını əmr edib.

Digər tərəfdən, WP-yə mövzu ilə bağlı qiymətləndirmələr edən keçmiş diplomat və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) vitse-prezidenti Ceyms Endryu Lyuis, bu vəziyyətin “ABŞ-ın milli təhlükəsizliyini riskə ata biləcəyini” qeyd etdi.

“Rusiya Birləşmiş Ştatlara qarşı əsas kibertəhdidlərdən biri olaraq qalır”, – Lyuis bildirib.

Orxan

Gununsesi.info