“Müəllimlərin uşaqlara münasibətində psixoloji durum nəzərə alınmır”

  • By Admin2
  • 03 Mart 2025 11:40

“Təhsil müəssisələrində təhsilalanların qarşılıqlı münasibətlərində və ünsiyyətində mövcud olan gərginlik, davranış və intizam qaydalarına riayət edilməməsi halları müşahidə olunur”​.

Gununsesi.info xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Bildirilib ki, şagirdlər arasında baş verən anlaşılmazlıqların səbəblərindən biri də müəllimlərin uşaqlara münasibətdə onların yaşına müvafiq olaraq psixoloji durumunu nəzərə almaması ilə bağlıdır.

Ümumiyyətlə, qeyd olunan problemlərin həllində uşaqlarda yarana biləcək hər hansı psixoloji gərginlik halının qarşının alınmasında məktəb psixoloqlarının rolu xüsusi vurğulanmalı, təhsil müəssisələrində psixoloqlara ayrılan ştat vahidinin şagird sayına uyğunlaşdırılması üzrə tədbirlər həyata keçirilməlidir”, – deyə məruzədə bildirilib.

Gununsesi.info