Bakıda 45 yaşlı kişi dəm qazından zəhərlənərək öldü

  • By Günel
  • 03 Mart 2025 09:23

Bakıda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Nəsimi rayonu, F.Qasımov küçəsi ev 27 ünvanında qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan, 1980-ci il təvəllüdlü kişi dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info