
Pakistan və Hindistanda yayılmış Hind Vadisi sivilizasiyası inkişaf etmiş şəhərsalma və mühəndislik möcüzələri ilə tanınsa da, onun kimliyi hələ də sirr olaraq qalır. Ən böyük sirr onun həll olunmamış mətnidir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, CNN İnternational-ın məlumatına görə, Hindistanın Tamil Nadu əyaləti bu qədim mətni deşifrə edə bilən hər kəsə 1 milyon dollar mükafat elan edib. Vaşinqton Universitetindən prof Rajesh PN Rao deyir: “Əgər bu mətni deşifrə edə bilsək, Cənubi Asiya tarixi ilə bağlı çox vacib suala cavab tapa bilərik”.
Hind yazısının hələ də başa düşülməməsinin əsas səbəbləri bunlardır:
Az sayda yazılar: İndiyə qədər cəmi 4 minə yaxın yazı tapılıb.
Qısa mətnlər: Əksər yazılar cəmi 4-5 işarədən ibarətdir.
İkidilli sənədlərin olmaması: Rosetta Stone kimi başqa bir dillə müqayisə etmək üçün heç bir nümunə yoxdur.
Elm adamları yazının sağdan sola yazıldığını və kommersiya və ya dini məqsədlər üçün istifadə edildiyinə inanırlar. Lakin hələlik qəti həll yolu tapılmayıb.
Orxan